178 nəfər girovluqdan azad olundu


Nigeriya ordusu `Boko Haram` təşkilatı tərəfindən girov saxlanılan 178 nəfəri azad edib.

Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir.

Xüsusi əməliyyat Borno ştatında həyata keçirilib. Hərbçilərin məlumatına görə, girovluqda olanlardan 101-i uşaq, 67-i qadın, qalanları isə kişilərdir. Bundan əlavə yaraqlıların komandiri ələ keçirilib və Bama şəhərində yerləşən terrorçuların düşərgəsi yerlə yeksan edilib.

`Boko Haram` Nigeriyanın radikal islam sektasıdır. 2002-ci ildə Nigeriyanın şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu