Hindistan porno saytlara girişi bağlayır


Hindistan 857-yə qədər porno sayta girişi bağlamaqla uşaqların istifadəsinin qarşısını almaq yolunda böyük addım atdığını bildirib.

Lakin yetkin şəxslər həl də müxtəlif şəxsi şəbəkələrdən istifadə etməklə bu cür saytlara daxil ola bilir.
İyul ayında Ali Məhkəmə hökumətin porno saytları - xüsusən də uşaq pornoqrafiyası ilə bağlı saytları bağlamaq üçün yetərincə iş görmədiyindən narahatlığını bildirmişdi.
Telekom şirkətləri bildirib ki, onlar “qadağanı” dərhal həyata keçirə bilməyəcəklər.
“Biz hər bir saytı bir-bir bağlamalıyıq və bütün saytlara girişin qadağan olunması üçün bir neçə gün lazım olacaq,” adı çəkilməyən telekom şirkətinin rəhbəri The Times of İndia qəzetinə bildirib.
Adı çəkilməyən rəsminin BBC Hindiyə verdiyi məlumata görə, Hindistan telekommunikasiya departamenti operatorlara və İnternet xidmətləri provayderlərinə “məsləhət görüb” ki, 857-yə qədər porno sayta “açıq girişə nəzarət etsinlər”.
Rəsmi onu da bildirib ki, əsas məqsəd uşaqların bu cür saytlara girişinin qarşısını almaqdır və yetkinlik yaşına çatmış şəxslərə porno saytlara giriş qadağan edilməyəcək.
“Bu müvəqqəti tədbirdi. Telekommunikasiya departamenti daha sonra bu saytlara girişi nəzarətdə saxlamaq üçün uzun müddətli həll yolunu tapacaq,” rəsmi əlavə edib.
Pornhub saytının verdiyi statistik məlumata görə, Hindistan 2014-cü ildə ABŞ, Britaniya və Kanadanın ardından porno saytlara giriş üzrə dördüncü ən böyük ölkədir.
Bu addım sosial mediada da geniş müzakirələrə səbəb olub və bir sıra tanınmış şəxs narazılığna səbəb olub.
Sosial mediada #pornban həştəqi ilə mövzu ilə bağlı yüzlərlə tvit edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu