Dəhşətli terror: 15 ölü, 400 yaralı


Əfqanıstanın paytaxtı Kabildə partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb.

AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 15 nəfər ölüb, ən azı 200 nəfər yaralanıb.

Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Terrorçuların hədəfi Əfqanıstan xüsusi xidmət orqanlarının təlim keçdiyi ərazi olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 198 nəfər yaralanıb.

`TOLO News` telekanalı Səhiyyə nazirliyinin rəsmisi Vahidulla Mauara istinadən xəbər verir ki, terror aktı nəticəsində 400 nəfər xəsarət alıb.

Hələ ki, terror aktına görə, heç kim məsuliyyəti öz üzərinə götürməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu