Yeni Süveyş kanalının çəkilişi başa çatdı


Misir prezidenti Abdel Fəttah əs-Sisi gəmilərin keçididindən ötrü çəkilmiş yeni Süveyş kanalının açılışı ilə bağlı fərman imzalayıb.

AFN.az xəbər verir ki, bu haqda Reuterz agentliyi məlumat yayıb. Kanaldan ilk gəmi keçib. Açılış mərasimində Rusiya baş naziri Dmitri Medvedyev, Fransa prezidenti Fransua Olland, eləcə də bir sıra Afrika və ərəb ölkələrinin təmsilçiləri, o cümlədən İordaniya kralı II Abdallah iştirak edib. İyulun 6-ı Misirdə istirahət günü elan edilib.
Misir hökuməti yeni Süveyş kanalının inşası ilə bağlı işlərin aparılması üçün beynəlxalq şirkətlərlə 2014-cü ilin oktyabrında müqavilələr bağlamışdı. Bu, prezident Abdal Fəttah əs-Sisinin son illər siyasi qeyri-stabillikdən çətin vəziyyətə düşən milli iqtisadiyyatın bərpa olunması yolunda flaqman layihəsidir.
Yeni kanalın çəkilişində BƏR, Niderland, Belçika və ABŞ-dan olan şirkətlər iştirak ediblər. Layihə səkkiz milyard dollar dəyərində qiymətləndirilir.
Yeni kanal 145 il bundan əvvəl çəkilmiş köhnə gəmi yolu ilə paralel çəkilib. Süveyş kanalı – Hind okeanı ilə Aralıq dənizini birləşdirən ən qısa su marşrutudur.

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu