Obama Martas-Vinyard adasında dincələcək


ABŞ prezidenti Barak Obama növbəti dəfə öz illik məzuniyyətini Massaçusets ştatında Martas-Vinyard kurort-adasında keçirəcək.

AFN.az xəbər verir ki, bu haqda "Associated Press" agentliyi məlumat yayıb. Dövlət başçısının ailəsi kurorta öncədən planlaşdırıldığından bir gün əvvəl yola düşüb. Obama həyat yoldaşı Mişel və qızları Mali və Saşa ilə birlikdə Ağ evi cümə günü, avqustun 7-də tərk edib.
Prezident 17 gün istirahət edəcək. Bu, Obamanın 2009-cu ildə prezident vəzifəsinə keçməsindən sonra Martas-Vanyarda altıncı istirahət səfəridir. Obama orada yalnız 2012-ci ildə, ikinci dəfə prezidentliyə namizəd olduğu dövrdə istirahət etməyib.
Kurortda Obama ailəsi adanın qərbində yerləşən ayrıca malikanədə istirahət edəcəklər. Həmin mülk 12 milyon dollar məbləğində qiymətləndirilir, malikanədə yeddi yataq və doqquz vanna otağı var.

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu