Moskva danışıqları telefonla davam etdiriləcək


Almaniya, Fransa liderləri və Rusiya prezidenti arasında danışıqlar başa çatıb.

Afn.az “Ria novosti”yə istinadən bildirir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Mətbuat katibi bəyan edib: “Moskva danışıqları yekunlaşıb. Danışıqların nəticələri bazar günü Normand formatında telefon rejimində yekunlaşdırılacaq. Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkelin dünən Kiyevdəki təmasları, bu gün isə Rusiya prezidenti Vladimir Putinlə aparılan konstruktiv, məzmunlu və substantiv danışıqları baş tutub”.
“Hazırda sənədin minsk razılaşmaları əsasında, mümkün birgə sənədin mətninin hazırlanması üzərində iş gedir. O sənədin ki, Ukrayna prezidentinin təkliflərini və bu gün Vladimir Putin tərəfindən ifadə edilən, irəli sürülən, əlavə edilən təklifləri özündə əks etdirir. Təbii k1i, bu mətn, bu təkliflər razılaşdırılması bütün münaqişə tərəflərinə təqdim ediləcək”, - Peskov jurnalistlərə belə deyib.
Hazırda Olland və Merkel Kremli tərk ediblər və aeroporta yola düşüblər.

Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu