Lavrovun həmkarını söyməsinə reaksiya gəldi - VİDEO


Səudiyyə Ərəbistanı öz diplomatı Adel əl Cubeyrin təhqir olunmasını bağışlamayacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında ekspert Pavel Melnik Rusiya XİN başçısı Lavrovun səudiyyəli həmkarı Cubeyrlə konfransda onun çıxışı zamanı dodaqlarının altında təhqir səsləndirməsini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, ərəblər Rusiyanın bu addımına neft qiymətləri ilə cavab verə bilərlər:
“Ərəblər təhqir edilməyi sevmirlər. Adətən onlar belə hərəkətlərə cavab verirlər. Düşünürəm ki, bu çarx sürətli şəkildə bütün dünyada məşhur olacaq və ərəblərin cavabı özünü çox gözlətməyəcək. Onlar neftin qiymətini 25-30 dollara qədər endirəcəklər. O zaman Rusiya iqtisadiyyatı daha sürətlə çökəcək”.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Rusiya Xarici İşlər naziri Lavrovun Səudiyyə Ərəbistanından olan həmkarı Cubeyrlə görüşü zamanı onu təhqir edən ifadə işlətməsini əks etdirən video yayılıb. Sosial şəbəkələrdə qızğın müzakirə edilən və dünya mediasının gündəmini zəbt edən videoda həmkarının çıxışı zamanı Lavrovun asta səslə onun ünvanına “debil” (axmaq) dediyi aydın görünür.

[media=https://www.youtube.com/watch?v=LBT2iSRaJWQ]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu