İranın Londondakı səfirliyi yenidən açılır


İranın Londondakı səfirliyi yaxın günlərdə fəaliyyətini bərpa edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran XİN-dəki mənbə bildirib.

Qeyd olunur ki, səfirliyin açılması Böyük Britaniyanın İranda diplomatik nümayəndəliyinin açılması ilə üst-üstə düşəcək. Bundan əvvəl, diplomatik mənbələr səfirliyin açılmasının Böyük Britaniyanın xarici işlər naziri Filip Hammondun İrana səfəri çərçivəsində baş tutacağını bildiriblər. “The Guardian” qəzeti bu səfərin avqustun 24-ə təsadüf edəcəyini yazıb.

Qeyd edək ki, 2011-ci ildə Böyük Britaniyanın Tehrandakı səfirliyi İrana qarşı sanksiya tətbiq edilməsinə etiraz edənlərin hücumuna məruz qalmışdı. Bundan sonra Böyük Britaniya İrandakı, İran isə Böyük Britaniyadakı səfirliyini bağlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu