Kamikadzelər İraqın iki generalını öldürdü


Bağdadın qərbində yerləşən Ramadi şəhəri yaxınlığında intiharçı-terrorçunun törətdiyi terror aktı nəticəsində İraq ordusunun iki generalı öldürülüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda İraq polisi məlumat yayıb.

Terrorçu içərisində partlayıcı olan maşını Ramadi yaxınlığında orduya məxsus avtomobil karvanına çırpıb.

Qeyd edək ki, Ramadi Anbar əyalətinin mərkəzi şəhəridir. Bu bölgədə İraq ordusu İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirir. İntiharçı-terrorçunun da İŞİD üzvü olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu