Merkel, Olland və Putin Ukraynanı müzakirə edəcəklər


Yaxın günlərdə Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutacaq.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya hökumətindəki mənbə bildirib.

Mənbəyə görə, Almaniya və Fransa liderlərinin təşəbbüsü ilə baş tutacaq telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə olunacaq.

Xatırladaq ki, adıçəkilən formatda tərəflər arasında son danışıqlar iyunun 22-də keçirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu