İŞİD Ərdoğan haqda "edam hökmü" çıxardı


Terrorçu İŞİD qruplaşmasının "mənəvi lideri" Əbu Habab əl-İraki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində 13 bəndlik ittihamla "ölüm hökmü" çıxarıb.

"Report" "news.ru"ya istinadən xəbər verir ki, bu "hökm"ü onlar sosial şəbəkədə yayıblar.

Terrorçular bildirib ki, Ərdoğan Suriya və İraqda ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanı dəstəklədiyi üçün "edam olunmalıdır".

İŞDİ-in "din xadimi" Rəcəb Tayyib Ərdoğanı "xristianlara, ələvilərə və yəhudilərə satılan mürtəd" adlandırıb.

"Tövbə etmədiyindən Rəcəb Tayyib Ərdoğanı edam gözləyir", - "din xadimi" "fitvasında" vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu