Qvatemalada məhkəmə sabiq prezidenti həbs edib


Qvatemalada məhkəmə sabiq prezident Otto Peres Molinana barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

APA-nın “RİA Novosti”yə istiadən verdiyi xəbərə görə, ötən gün Qvatemala Konqresi prezident Peres Molinanın istefasını qəbul edib və o elə həmin gün ilk dəfə olaraq məhkəmə qarşısına çıxarılıb. Baş Prokurorluq 64 yaşlı sabiq prezidentə qarşı korrupsiya, dələduzluq və cinayətkar sövdələşmə ittihamları irəli sürmək niyyətindədir. İş üzrə növbəti məhkəmə iclası bu günə, sentyabrın 4-nə təyin olunub. Prezident qanunsuz fəaliyyətlə heç vaxt məşğul olmadığını iddia edərək bütün ittihamları rədd edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu