İŞİD "cadugər"i edam edib


Dünən İŞİD daha bir “cadugər”i edam edib.

Afn.az İsrail mətbuatına istinadən bildirir ki, edam geniş kütlə qarşısında Suriyanın Rakka vilayətində baş tutub. Cadugərlikdə ittiham olunan şəxsin maskalı cəllad tərəfindən boynu balta ilə vurulub. İŞİD bu dəfə yerli camaatı zorla edamı izləməyə məcbur edib. Öldürülən şəxsin “cinayətlər”i və özü barədə məlumatlar gizlənilib. İŞİD onu cadugərlikdə ittiham etdiyini bildirib.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu