İran öz yeni qırıcısını təqdim etdi


İran fevralın 9-da öz istehsalı olan Saeqeh (Saeghe) qırıcısının yeni nəslinin təqdimatını keçirib.

Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat verib. “Janes”in yazdığına görə, Saeqeh-2 amerikan şirkəti “Northrop”un ikiyerli F-5f Tiger II-in bazasında yaradılıb. İran istehsalının orijinaldan prinsipcə nə ilə fərqləndiyi haqqında məlumat verilmir.
Hələ bir müddət əvvəl, iranlı hərbiçilərin Saeqeh nəslindən olan qırıcı təyyarələrin tam miqyaslı istehsalına başlamaq haqqında məlumat verilmişdi. Nəşrin yazdığına görə, iqtisadi sanksiyalar səbəbindən xaricdən təyyarələr ala bilməyən İran vəziyyətdən bu yolla çıxmağı planlaşdırır.
“Flightglobal MiliCAS”ın məlumaına görə, Hazırda İran hərbi hava qüvvələri 25 ədəd F-5E/Saegeh və 21 ədəd F-5B/F qırıcılarına malikdir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu