İraq İŞİD-in mövqelərinə "F-16"larla zərbə endirib


İraq Hərbi Hava Qüvvələri Amerika istehsalı olan "F-16" qırıcılarından istifadə etməklə ilk dəfə olaraq "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə havadan zərbələr endirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Piter Kuk məlumat verib.

"Biz İraqın Hərbi Hava Qüvvələrinin İŞİD-in məhv edilməsi üzrə beynəlxalq kampaniya çərçivəsində daha qabaqcıl texnologiyalara malik təyyarələrdən uğurla istifadə etməsindən razıyıq", — deyə o qeyd edib.

Onun sözlərinə görə, İraqa hərbi təyyarə tədarükü davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu