ABŞ Konqresi İranla əldə edilən razılaşmanın müzakirəsinə başlayır


Bu gün ABŞ Konqresi İranın nüvə problemi ilə bağlı razılaşmanı müzakirə edəcək.
"Report" xəbər verir ki, bu haqda "TASS" xəbər yayıb.


Məlumata görə, İranla razılaşma ilə bağlı səsvermə keçirmək üçün ABŞ Konqresi və Senatının bir həftədən artıq vaxtı qalıb.

İranla "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma bu il iyulun 14-də qəbul olunub. Bu sənədin müzakirəsi üçün amerkalı konqresmenlər 60 gün vaxt ayrılmasını istəmişdilər. Həmin müddət isə sentyabrın 17-də başa çatır.
Senatorlar İranın nüvə proqramı ilə bağlı yekun rəyə hələ ki, gələ bilməyib. Ancaq Konqres üzvləri cari həftənin sonunadək məsələni yekunlaşdıracaqlarını bildiriblər. Nümayəndələr Palatasının sədri, respublikaçı Con Beynerlə görüşdən sonra demokrat Nensi Pelosi bildirib ki, müzakirələrin sentyabrın 9-da başlayacağını, səsvermənin isə sentyabrın 11-dən tez başa çatacağını ehtimal edir.

Xəbərə əsasən, hazırda 38 senator razılaşmanı dəstəkləyəcəyini elan edib. Bu isə o deməkdir ki, sənəd qəbul edilməyəcəyi halda prezident Barak Obama ona veto qoya biləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu