Ukrayna qoşunları Mariupol şəhəri ətrafındakı azı 5 yaşayış məntəqəsini azad edib


Donetsk vilayətinin strateji əhəmiyyətli Mariupol şəhəri ətrafında hücuma keçən Ukrayna qoşunları azı 5 yaşayış məntəqəsini azad ediblər.

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.
A. Turçinov deyib ki, hücum əməliyyatı zamanı Pavlopol, Kominternevo, Lebedinskoye, Berdyanskoye, Şirokino və digər yaşayış məntəqələri nəzarətə götürülüb: “Düşmən çox ciddi itkilərə məruz qalıb. Mariupol ətrafındakı terrorçu qruplaşmalara zərbə vuran qoşunlarımız şəhərin etibarlı müdafiəsini və dinc sakinlərin artilleriya zərbələrindən qorunmasını təmin ediblər”.

Qeyd edək ki, hücum əməliyyatında əsasən Milli Qvardiyanın bölmələri iştirak edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu