İŞİD 127 uşağı oğurladı


İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları İraqın şimalında yerləşən Mosul şəhərində 127 uşağı oğurlayıb.

AzVision.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə Kürdüstan Demokratik Partiyasının rəsmisi Səid Mamuzuni bildirib.

Onun sözlərinə görə, uşaqlar terrorçular üçün xüsusi düşərgələrə göndərilir. Uşaqlardan birinin atası övladını qorumaq üçün terrorçulardan ikisini öldürüb.

Qaçırılan uşaqlarım 11-15 yaşlarında olduğu bildirilir. Uşaqlara silahla davranmaq, terror aktı təşkil etmək və törətmək öyrədilir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu