Donbasda demilitarizasiya zonası yaradılır?


Fevralın 11-də Minskdə belə bir zonanın yaradılması müzakirə ediləcək.

Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, “normand dördlüyü” (Rusiya, Ukrayna, Almaniya, Fransa) danışıqlarda Donbas zonasındakı hərbi əməliyyatlar meydanında demilitarizasiya zonasının yaradılmasını müzakirə edəcəklər. Bu barədə “RİA Novosti”yə diplomatik dairələrdəki mənbə məlumat verib.
“Normand dördlüyü”nün əsas müzakirə mövzusu ağır silahların geriyə çəkilməsi, demilitarizasiya zonasının yaradılması və Kiyev ilə Donbas arasında fasiləsiz dialoqun dövrəyə girməsi olacaq”, - müsahib agentliyə belə deyib. Onun sözlərinə görə, bu Kiyev və Donbas təmsilçilərinin hər iki-üç həftədən bir müntəzəm danışıqlar aparmasını özündə ehtiva edir. Bununla yanaşı, sözügedən mənbə sammit zamanı yekun sənədin imzalanmayacağını bildirib.
Yeri gəlmişkən, dövlət liderlərinin görüşünün fevralın 11-də Minskcə yerli vaxtla saat 18-də başlanacağı gözlənilir.


RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu