Seda Sayan polisə və hərbiyə 280 min lirə bağışlayıb


Türkiyə məşhurları öz hərbçilərinə maliyyə yardımına başlayıb.

AFN.az Türkiyə mətbuatına istinadən bildirir ki, pop-ulduz Dəmət Akalının başladığı bu kampaniyaya bir çox tanınmışlar qoşulub. Qeyd edək ki, Dəmət Akalın “Mehmetcik vəqfi”nə n 50 min türk lirası bağışlayıb. O, Twitter hesabında "Sevgili Seda Sayan “Mehmetciyə” 200 min, “Polis vəqfi” nə isə 80 min tür lirası bağışladı. Allah min dəfə, on min dəfə razı olsun!” deyə bildirib. Kampaniyaya qoşulan məşhurlar arasında Semiha Yankı, Pınar Altuğ Atacan, Didəm Uzel, Aslı Hünel, Nida Ünsal, Doğuş, “Survivor” yarışmasıyla tanınan Hakan Hatipoğlu bağışladıqları pulun qarşılığında gələn sms-ləri sosial şəbəkələrdə paylaşıb.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu