Kaliforniyada fövqəladə vəziyyət elan edilib


ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları davam edir.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, yanğın yaşayış məntəqələrinə çatdığına görə, Kaliforniya ştatının qubernatoru Cerri Braun fövqəladə vəziyyət elan edilib.
San Fransisko şəhərinin şimalında və şərqində fərqli bölgələrdə davam edən yanğınlar zamanı 1300 adamın yaşadığı Midltoun qəsəbəsi tamamilə boşaldılıb.

Hazırda təbii fəlakətlə mübarizəyə yüzlərlə yanğınsöndürən, təyyarə və vertolyotlar cəlb olunub. Hava nəqliyyat vasitələri suyun şaquli səpilməsi üçün avadanlıq sistemi ilə təchiz edilib. Artıq dörd yanğınsöndürənin xəsarət aldığı bildirilir.

Hakimiyyət orqanları evləri yanğına yaxın olan ərazilərdə yaşayan kaliforniyalıların köçürülməsi barədə sərəncam verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu