ABŞ Gürcüstana yeni səfir təyin edib


Bu gün ABŞ-ın Gürcüstana təyin olunan yeni səfiri Yan Kelli Gürcüstana gəlib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni səfir Tiflis beynəlxalq hava limanında jurnalistlərə diplomatik fəaliyyətlə 30 ildir ki, məşğul olduğunu bildirib.

"Gürcüstana gəlməyimdən çox məmnunam. Burada 39 il bundan əvvəl olmuşam. Hələ ki, gürcü dilində yalnız bir söz bilirəm: "Qamarcoba". Mən və həyat yoldaşım həmişə Tiflisə gəlməyi arzulayırdıq", deyə səfir qeyd edib.

Yan Kelli daim Gürcüstana dəstək olacağını və bu dəstəyin onun prioritetlərindən biri olduğunu açıqlayıb. O, Gürcüstan prezidentinə etimadnaməsini təqdim edəcəyini bildirib: "Mən Gürcüstan və ABŞ arasında ikitərəfli münasibətlərin dərinləşməsinə və Gürcüstanın Avroatlantik institutlarına inteqrasiya olunması üçün çalışacam. Əmin etmək istəyirəm ki, mən Gürcüstanın ən möhkəm tərəfdaşlarından biri olacağam”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu