Yunanlar yenidən Tsiprası seçdilər


Yunanıstanın sabiq Baş naziri Aleksis Tsiprasın sol qüvvələr koalisiyası ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazandı.

35 faizdən çox səs yığan SİRİZA partiyası parlamentdə 300 mandatdan 145-nə sahib olacaq. Vangelis Meymarakisin rəhbərlik etdiyi sağ mərkəzçi “Yeni demokratiya” partiyası isə 28 faizdən artıq səs toplayaraq 75 mandat qazanıb. Son nəticələr bütün səslərin qeyd olunmasından sonra elan ediləcək.

***

Yunanıstanda növbədənkənar parlament seçkiləri başa çatıb. Yerli vaxtla saat 19:00-da seçki məntəqələri bağlanıb.

Müşahidəçilərin fikrinə görə, seçicilərin iştirak göstəricisi aşağı olub və 60%-dən çox olmayacaq.

“Exit-poll”a əsasən, sol radikal SİRİZA partiyası 30-32% səs çoxluğu ilə liderdir, sağ mərkəzçi “Yeni Demokratiya” partiyası 28-29.5% səs toplayıb.

Xatırladaq ki, yunanlar 2015-ci il ərzində artıq üçüncü dəfədir seçki məntəqələrinə gedirlər. Belə ki, yanvarın 25-də növbədənkənar parlament seçkiləri, iyulun 5-də isə kreditorların ultimatumuna və hökumətin iqtisadi siyasətinə dair referendum keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu