Rejissorun başına 100 min dollar

Xəbərin çap versiyası
Tarix: 25-09-2012, 02:08    |    Xəbər oxunub: 0 dəfə
Rejissorun başına 100 min dollar ABŞ-da çəkilən və İslam dünyasının qəzəbinə səbəb olan “Müsəlmanların məsumiyyəti” filminə etirazlar davam edir. Bir çox müsəlman ölkələrindəki ABŞ səfirlikləri qarşısında etiraz aksiyaları keçirilib. Cümə günü Pakistanda keçirilən aksiyada qarşıdurma yaranıb. Polislə aksiya iştirakçıları arasında baş verən toqquşma nəticəsində 15 nəfərə yaxın insan ölüb, ABŞ səfirliyinə və ətrafda olan obyektlərə zərər dəyib.

Bu arada məlum olub ki, Pakistanın dəmir yolu naziri Hacı Qulam Əhməd Bilur qalmaqallı filmin rejissorunu öldürən şəxsə 100 min dollar mükafat verəcəyini vəd edib. Nazir bəyan edib ki, müsəlmanları təhqir etdiyi üçün sözügedən filmin rejissoru öldürülməlidir. Hacı Qulam Əhməd Bilur “Taliban” və “əl-Qaidə” terror qruplaşmalarına da amerikalı müəllifin öldürülməsi ilə bağlı müraciət edib.
Xatırladaq ki, 6 ay əvvəl ABŞ-da yəhudi əsilli sponsorların vəsaiti hesabına çəkilmiş “Müsəlmanların məsumiyyəti” filminin internetdə yayılmasından sonra sentyabrın 11-də ilk etirazlar başlayıb. Həmin gün Liviyanın Benqazi şəhərində baş verən aksiyalar sonradan ABŞ-ın bu şəhərdəki konsulluğuna hücumla nəticələnib. Hücum zamanı ABŞ-ın Liviyadakı səfiri də daxil olmaqla 4 diplomat öldürülüb.
Şənbə günü Liviyanın Benqazi şəhərində bu hadisələri pisləyən kütləvi etiraz aksiyası keçirilib. 30 minə yaxın şəhər sakininin iştirak etdiyi aksiyada ABŞ konsulluğuna hücum edənlər qınanıb. “Silahlı qruplara yox!” şüarı səsləndirən aksiyaçılar silahlı qrupların qadağan edilməsi və təhlükəsizlik qüvvələrinin inkişaf etdirilməsi tələbini irəli sürüblər.
Qeyd edək ki, təxribatçı film dünyanın müsəlmanlar yaşayan bütün bölgələrində müxtəlif formalı etirazlarla müşayiət olunub. Eyni zamanda bir sıra ölkələrdə etirazlar heç də sakit keçmir, nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaranır. Və bu da son nəticədə əsasən müsəlmanların ölümünə səbəb olur. Yəmən, Liviya, Əfqanıstan, Pakistan və başqa ölkələrdə öldürülənlər əsasən film təxribatına etiraz edən müsəlmanlardır. Aydın olan budur ki, bu təxribat son nəticə olaraq müsəlman cəmiyyətinə zərər vurmağa yönəlib və bu proses davam edir.
Qeyd edək ki, bu günlərdə İranın ali dini lideri Əli Xameneyi İslam müqəddəslərinə, xüsusilə Həzrət Peyğəmbərə (s) hörmətsizlik edənlərin qarşısını almaq üçün yollar təklif edib. Deyerler.org-un məlumatına görə, təxribatların arxasında ABŞ və sionistlərin dayandığını qeyd edən Ayətullah Xameneyi 6 bənddən ibarət tədbirlər planı açıqlayıb.

1. Peyğəmbərin (s) həyat tərzi və kəlamlarına yenidən diqqət yetirmək.

2. İslamın həqiqi simasını tanıdaraq onun qorxulu və radikal olması barədə yaradılan təsəvvürləri aradan qaldırmaq.

3. İslam düşmənlərinə qarşı Həzrət Peyğəmbərin (s) ətrafında müsəlmanların vəhdətini təmin etmək.

4. Baş verən hadisələrin pərdəarxası məqamlarına diqqət yetirmək.

5. Müsəlmanlar və xristianlar arasında yarana biləcək hər növ münaqişədən uzaq olmaq.

6. Bu cinayətləri törədənlərə qarşı hüquq çərçivəsində mübarizə aparmaq, onların cəzalandırılmasını tələb etmək.

Qeyd edək ki, artıq bir sıra müsəlman ölkələri dünyada Həzrət Məhəmmədə (s) təhqirlərə layiqli cavab vermək üçün tədbirlər planı irəli sürülüb. Qətər dövləti isə İslam Peyğəmbərinin (s.ə.s) həyatından bəhs edən 3 seriyalı bədii filmin çəkilməsi üçün 450 milyon dollar vəsait ayırdığını bəyan edib.


Yeni Musavat





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur