Bəşər Əsədin bacısı Dubaydadır


Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, onun əri Baş qərargahın keçmiş rəisi general Asif Şövkət iyul ayında Şam şəhərində müxalifətin təşkil etdiyi hücum nəticəsində öldürülüb. AFP-in xəbərinə görə, bu hadisədən ciddi həyəcan keçirən Büşra Əsəd beş uşağı ilə birlikdə Dubayda yaşamağa başlayıb. Xanım Əsəd uşaqlarını bu şəhərdəki özəl məktəblərdən birinə qoyub.

Müxalifətyönlü jurnalist Eymən Əbdülnurun sözlərinə görə, bacısı ilə Əsəd arasında fikir ayrılıqları olsa da, Büşra müxalifətin sıralarına keçməyib.

Milli.Az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu