OPEK-in həbs edilən prezidenti zaminə buraxıldı


Londonda həbs edilmiş Nigeriyanın sabiq neft naziri və OPEK-in cari prezidenti Derzani Alison-Maduekeni zaminə buraxıblar.

Bu barədə Nigeriyanın "Daily Post" qəzeti yazıb. O, oktyabrın 5-də Vestminsterdə Çarinq-Krossda yerləşən polis bölməsinə dindirilməyə gəlməlidir.

OPEK prezidentinin Nigeriya paytaxtı Abudcada olan evi möhürlənib. Derzani Alison-Madueke yerli iqtisadi və maliyyə cinayətləri üzrə komissiya qarşısına çıxmalıdır.

Daha öncə KİV OPEK prezidentinin Londonda rüşvətxorluq və çirkli pulların yuyulmasında şübhəli bilinərək həbs olunduğunu xəbər vermişdi.

* * * 00:43

Nigeriyan keçmiş neft naziri, hazırda OPEK prezidenti olan Diezani Allison-Madueke Londonda saxlanılıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyə Nigeriya prezidentinə yaxın mənbələr məlumat verib.

Xəbərə görə, OPEK prezidentinin nədə ittiham olunduğu məlum deyil.

Nigeriya KİV-ləri Allison-Maduekenin rüşvətxorluq və korrupsiya ittihamı ilə saxlanıldığını bildirib.

Amma Britaniya polisi də faktı təsdiq etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu