Putin 63 yaşını necə qeyd edəcək?


Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putin 63 yaşını qeyd edir.

Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. O, Rusiya Federasiyası Hökumətinin sədri (1999-2000; 2008-2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Federal Təhlükəsizlik xidmətinin direktoru (1998-1999-ci illərdə) olub.

1997-ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda "Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb. Onun elmi rəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim,iqtisad elmləri doktoru V.A.Fyodorov idi.

Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.

1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Каterina (1986-cı ildə Drezdendə anadan olublar.) Мariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Каterina şərq fakültəsində təhsil alıblar (2003-cı ildə qəbul olunublar).

2013-cü ilin iyunun 6-da Lyudmila ilə boşanması haqqında açıq elan etdilər.

Rusiya KİV-nin yaydığı xəbərə görə, Putin ad günündə Soçiyə işgüzar səfərdədir.

Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında Putinin ad gününü Soçidəki buz arenasında – hokkey oynamaqla keçirəcəyini deyib. Onun sözlərinə görə, Putin öz köhnə dostları və hokkey liqasının ulduzları ilə oyun keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu