Yaponiyada qasırğa nəticəsində 3 nəfər xəsarət alıb


Yaponiyanın şimalındakı Hokkaydo adasına yaxınlaşan qasırğa nəticəsində artıq 3 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları artıq 6 mindən yuxarı sakinə təxliyyə olunmalarını tövsiyə edib.

"JR Hokkaydo" dəmir yolu operatorunun məlumatına görə, artıq 170-dən çox qatar reysi ləğv olunub. "Sintitose" hava limanı rəhbərliyindən alınan məlumata görə, bu səbəbdən 126 uçuş təxirə salınıb.

Pis hava şəraiti ilə əlaqədar bölgənin müxtəlif şəhərlərindəki 105 ibtidai və orta məktəblərində dərslər dayandırılıb.

Hal-hazırda qasırğa Sakit okeanından Hokkaydoya doğru hərəkət edir. Ölkənin bu bölgəsində küləyin sürəti artıq saniyədə 35.7 metrə çatır. Sabah səhər güclü yağış yağacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu