Ölkələr Yəmənlə diplomatik əlaqələri kəsir


Səudiyyə Ərəbistanı Yəməndə i öz səfirliyini bağlayan ilk ərəb dövləti oldu.

Afn.az “Əl-Ərəbiyyə” telekanalına istinadən bildirir ki, artıq diplomatlar və səfirliyin digər əməkdaşları evlərinə qayıdır. Ötən gün anoloji addımı ABŞ və Böyük Britaniya atmışdı. Bu gün Almaniya və İtaliya da öz Yəməndəki səfirliklərini bağlamağa qərar verdi. Almaniya xarici işlər nazirliyinin mətbuat xidməti bildirib ki, Yəməndə hakimiyyətə gələn Xuti qəbiləsi olduqca təhlükəlidir. Onların hakimiyyəti ələ keçirməsi Yaxın Şərqə mənfi təsir göstərəcək. Qeyd edək ki, Xuti qəbiləsinə dəstəyi İran verir və dəstələrə radikal şiələr liderlik edir. Hazırda Yəmənin paytaxtında küşə döyüşləri davam edir. Ötən gün BMT-nin baş katibi Pan Qi Mun da Yəməndə baş verən vətəndaş müharibəsindən danışmışdı. O, bildirmişdi ki, Yəmən göz önündə dağılır.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu