Obamanın parolları


Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama şəxsi rəqəmsal qurğularından istifadə üçün çox sadə parollar işlətdiyini etiraf edib.


“Qafqazinfo”nun lenta.ru-ya istinadən məlumatına görə, Obama bu barədə Stenford Universitetində keçirilən kiber təhlükəsizlik mövzusundakı sammitdə danışıb.

Prezident xüsusilə qeyd edib ki, bundan əvvəl onun qeyd etdiyi parolları 1-dən 7-ə qədər sadə rəqəmlər və “password” (şifrə) sözü olub.

Obama şəxsi təcrübəsini əsas götürərək insanları belə təhlükələrdən qaçmağa çağırıb. ABŞ prezidenti İT şirkətlərini kiber təhlükələrın yaranması ilə bağlı informasiyaları hökumətlə paylaşmağa səsləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu