Dəhşətli zəlzələdə ölənlərin sayı 350-yə çatdı


Ötən gün Pakistanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 350-yə çatıb.
Təbii fəlakət nəticəsində xeyli sayda insanın yaralandığı vurğulanır. Xilasedicilər hələ ki, Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində dağılan dağlıq ərazilərdə axtarış işlərinə başlaya bilməyiblər. Məhz bundan sonra zəlzələ nəticəsində ölənlərin sayının artacağı güman edilir.

Qeyt edək ki, daha əvvəl zəlzələ nəticəsində ölənlərin sayı 228 nəfərə çatdığı bildirilirdi.Pakistan mətbuatının yaydığı məlumata görə, zəlzələ nəticəsində 1200-dən çox insan yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun zəlzələ nəticəsində həlak olanların doğmalarına və əzizlərinə başsağlığı verib.

Xatırladaq ki, oktyabrın 26-da Pakistan vaxtı ilə saat 12:10-da baş verən zəlzələnin episentri Əfqanıstandakı Hindquş dağlarında 7,7 bal gücündə olub. Həmin vaxt Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda da 5 bal gücündə zəlzələ baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu