Kerrinin Mərkəzi Asiyaya ilk səfəri


ABŞ dövlət katibi oktyabrın sonu-noyabrın əvvəlində Mərkəzi Asiya ölkələrinə səfər edəcək.

Dövlət katibi Bişkek, Səmərqənd, Astana, Düşənbə və Aşqabada səfər edəcək.

“Con Kerri hər bir ölkədə yüksək vəzifəli dövlət rəsmiləri ilə ikitərəfli danışıqlar aparmaq niyyətindədir. Bu Kerrinin Mərkəzi Asiyaya ilk səfəri olacaq”, - deyə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

Məlumata görə, Con Kerri Bişkekdə Amerika Universitetin kampusunun açılışında iştirak edəcək, Səmərqənddə isə 5 ölkənin XİN rəhbərləri ilə görüş keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu