Nigeriya ordusu 338 girovu azad edib


Nigeriyanın hərbi qüvvələri terrorçu "Boko Haram" qruplaşmasının girovluğunda olan 338 nəfəri azad edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda məlumatı yerli KİV yayıb.
Girovların azad edilməsi əməliyyatı ölkənin şərqində Borno əyalətində başlayıb. Azad edilən dinc sakinlərin 8-i kişi, 138-i qadın, 192-si isə uşaqdır.
Hərbçilər 30-a yaxın terrorçunu zərərsizləşdiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu