ATƏT Donbasda müşahidələrə başlayacaq


ATƏT nümayəndələri Donbasda müşahidələrə başlayacaqƏ, bu barədə razılıq əldə edilib.

Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, əldə olunmuş razılıq barədə alman hökümətinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.
Məlumatda deyilir ki, Rusiya prezidenti Vladimir Putin, Ukrayna lideri Petro Poroşenko və Almaniya kansleri Angela Merkel ATƏT müşahidəçilərinə Ukraynanın şərqində vəziyyəti monitorinq etmək üçün öz missiyalarını həyata keçirməyə imkan verən addımları razılaşdıra biliblər.
Bu haqda Reuters agentliyi xəbər verib. Amma, bu razılaşmanın detalları açıqlanmır.
“Almaniya kansleri və Ukrayna prezidenti, Rusiya prezidentindən separatçıları atəşkəs rejiminə məcbur etmək üçün öz nüfuzundan istifadə etməyə dəvət ediblər. Bundan əlavə Minskdə tərəflərin razılaşdığı kimi ağır hərbi texnikanın çərşənbə axşamından başlayaraq geri çəkilməsi məsələsi də müzakirə edilib”, - Zaybert qeyd edib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu