ABŞ Suriya müxalifətinə 100 milyon dollar ayıracaq


ABŞ Suriya müxalifətinə daha 100 milyon dollar yardım edəcək. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, beləliklə 2012-ci ildən ABŞ-ın ayırdığı maliyyə yardımı 500 milyon dollara çatacaq.

Dövlət Departamentinin yaydığı məlumata görə, vəsait yerli özünüidarəetmənin dəstəklənməsinə, fövqəladə situasiyalarda çevik xidmətlərə, məktəb tikintisinə, infrastrukturun bərpasına sərf ediləcək. Bu vəsait hesabına yerli nəşrlərə də dəstək veriləcək.
Buna qədər Pentaqonun mətbuat katibi Piter Kuk Suriya müxalifətinə dəstək proqramına dəyişiklik edildiyi barədə xəbər verib. Belə ki, ABŞ Suriyadakı müxalifətçi qruplaşmalara İraq-Şam İslam Dövlətinə qarşı mübarizə məqsədilə silah və havadan dəstək vədi də verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu