Braziliyada mədən faciəsi baş verib - VİDEO


Braziliyada bir mədənin tullantı anbarı çöküb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Euronews” telekanalında yer alıb.

İlkin məlumatlara əsasən, tullantı anbarının çökməsi nəticəsində 15 nəfər həyatını itirib.

Faciə ölkənin cənubunda yerləşən Minas Gerais qəsəbəsinin yaxınlığında baş verib.
Məlumatda o da bildirilir ki, hadisədən sonra qəsəbəni tərkibi tullantılardan ibarət olan sel basıb.

Qəsəbədə bir çox ev istifadəsiz hala düşüb.

Hadisədən sonra həmin mədən müvəqqəti olaraq, fəaliyyətini dayandırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu