Lukaşenkodan Kremlə: “Qərblə savaş bitdi”


Minsk və Qərbin münasibətlərində yeni səhifə açmaq üçün heç bir maneə yoxdur.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko andiçmə mərasimindən sonra etdiyi çıxışında söyləyib. Onun sözlərinə görə, Belarus bu münasibətlərin düzəlməsində Qərbdən də eyni dərəcədə aktivlik gözləyir:

“Belorusun öz maraqları var və biz daim bunu nümayiş etdiririk. Bizim ölkənin slavyan kökləri var və ondan bizi heç kim ayıra bilməz. Şərqdən heç kim bizi Qərbə qarşı yönəldə və ya bizə qarşı Qərb sanksiyalarından sevinə bilməz. Biz Qərblə münasibətlərimizi düzəldəcəyik, ona görə ki, onlar da bizim qonşularımızdır. Bizim orada iqtisadi maraqlarımız var”.

Qeyd edək ki, Lukaşenko bu gün rəsmən beşinci dəfə Belorus prezidenti olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu