Rusiyaya qarşı yeni sanksiyalar tələb edilir


Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunmalıdır.

Afn.az censor.net saytına istinadən xəbər verir ki, Ukraynanın Polşadakı səfiri yeni sanksiyaların tətbiqi ilə bağlı çağırış edib.
Qərb Rusiyaya qarşı təzyiqləri davam etdirməyə borcludur deyən ukraynalı diplomat, bunu Debaltsevoda baş verənlərlə, yəni, Minsk razılaşmasının pozulması ilə əlaqələndirib.
Andrey Deşitsa Polşa radiosunun efirində belə söyləyib: “Rusiya başa düşməlidir ki, əgər, atəş dayandırılmasa, növbəti sanksiyalar tətbiq ediləcək. Həmin sanksiyalar öz nəticəsini verməkdədir, axı, Vladimir Putini danışıqlar masası arxasında oturmağa məcbur edən də məhz, bu oldu. Lakin, əgər Moskva sazişin şərtlərinə əməl etmirsə, deməli, enerji və bank sahəsində yeni sanksiyalar tətbiq etmək lazımdır”, - deyə, səfir qeyd edib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu