Lavrov Türkiyə səfərindən imtina etdi


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər etməkdən imtina edib.

AzVision.az xəbər veriri ki, jurnalistlərə açıqlama verən S. Lavrov Türkiyəyə səfərdən imtina səbəbi kimi bu ölkədə terror təhlükəsinin yüksək olmasını göstərib. O, Rusiya vətəndaşlarını da bu ölkəyə getməməyi məsləhət görüb.

Qeyd edək ki, bu gün "Rusiyanın Su-24 hərbi təyyarəsi “Hmeymim” aviabazasına qayıdarkən Türkiyə F-16 qırıcısı tərəfindən vurulub. Türkiyə təyyarənin ölkə sərhəddini pozduğunu iddia etsə də rəsmi Moskva bu iddianı təkzib edir.

Xatırladaq ki, sabah - noyabrın 25-də İstanbulda Sergey Lavrovun V Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirakı planlaşdırılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu