Sergey Lavrov Türkiyəyə səfərdən imtina edib


Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyəyə planlaşdırılmış səfərindən imtina edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu S. Lavrov özü bəyan edib. O, Türkiyəyə səfərdən imtinasının səbəbi kimi bu ölkədə terror təhlükəsinin yüksək olmasını göstərib: “Türkiyədə terror təhlükəsi Misirdə olduğundan az deyil. Rusiya XİN Rusiya vətəndaşlarına bu ölkəyə getməməyi məsləhət görür”.

Qeyd edək ki, noyabrın 25-də İstanbulda Sergey Lavrovun V Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirakı planlaşdırılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu