Rusiyada helikopter qəzası – 12 nəfər öldü


Rusiyada göyərtəsində 25 nəfər olan Mi-8 helikopteri qəzaya uğrayıb.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, helikopter Yenisey çayına düşüb.

İlkin məlumatlara görə, qəza nəticəsində on iki nəfər ölüb.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir. Hazırda hadisə yerində xilasedicilər işləyir. Ölənlərin sayının artacağı istisna edilmir.

Rusiya Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu