Rusiya və Suriya XİN başçıları arasında görüş keçiriləcək


Noyabrın 27-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla suriyalı həmkarı Valid Müallim arasında görüş keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib. M.Zaxarova Rusiyaya 3 günlük səfər edən Suriya XİN başçısının artıq Dövlət Dumasının sədri Sergey Narışkin və baş nazirin müavini Dmitri Roqozinlə görüşdüyünü qeyd edib: "Valid Müallimlə Sergey Lavrovun görüşündə Suriyadakı vəziyyət, bu ölkədə olan Rusiya vətəndaşlarının, hərbiçilərin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunacaq".


Rusiya XİN nümayəndəsi nazirlərin görüşündə iki ölkə arasında münasibətlərin inkişafı məsələsi ətrafında fikir mübadiləsi aparılacağını da qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu