ABŞ Suriyaya qoşun göndərdi – Vəziyyət dəyişir


ABŞ ordusunun 50-yə yaxın əsgər və zabiti Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Əyn-əl-Ərəb şəhərinə gəliblər.

AzVision.az xəbər verir ki, bu barədə “Əl-mayadin” telekanalı xəbər yayıb.

“Kürdləri İŞİD-lə mübarizədə dəstəkləmək üçün Əyn-əl-Ərəb şəhərinə 50 yaxın ABŞ əsgər və zabiti gəlib”, - deyə telekanal bildirib.

Məlumata əsasən ABŞ hərbçiləri Türkiyə ilə sərhəddə “baynar” sərhəd-keçid məntəqəsindən Suriyaya daxil olublar. Onların bir hissəsi artıq Suriyanın Qamışlı şəhərindədir.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Barak Obama kürdlərin İŞİD-ə qarşı mübarizəsini dəstəkləmək məqsədilə Suriyaya ABŞ əsgərlərinin göndərilməsinə razılıq vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu