Düzgün yoldayıq-Lukaşenko


Belarus prezidenti Aleksandr Lukaşenko rəhbərlik etdiyi respublikanın Avropa İttifaqı ilə münasibətlərinin yaxşılaşmasını düzgün istiqamətdə gedən fəaliyyət kimi dəyərləndirib.

Afn.az censor.net saytına istinadən xəbər verir ki, belə bir bəyanatı Belarus lideri bu gün Minskdə avropa xarici fəaliyyət xidmətinin baş katibinin müavini Helqa Şmid ilə görüşdə səsləndirib.
“Ümid edirəm ki, bu Avropa İttifaqı ilə bizim mehriban münasibətlərimizin başlanğıcıdır, düşünürəm ki, bu lazımlı və düzgün istiqamətdə hərəkətdir... Belorus və Avropa İttifaqı ilə münasibətlər daha əvvəlki tək dumanlı deyil. Biz bərabərhüquqlu münasibətlərimizi diskriminasiyasız əsaslarda qurmağa hazırıq”, - Lukaşenko vurğulayıb.
Öz növbəsində xanım Şmid də bəyan edib ki, Avropa İttifaqı Belorus ilə yaxşı münasibətlər qurmaq istəyir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu