Ərdoğan rus pilotuna görə təəssüflənir


"Biz bunu istəməzdik, amma təəssüf ki, belə bir şey oldu. Ümid edirəm ki, bundan sonra belə bir şey baş verməyəcək. Münaqişə heç kimə xeyir gətirməz. Rusiya Türkiyəyə lazımdır, Türkiyə də Rusiyaya lazımdır”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə HHQ-nin F-16 qırıcısının Rusiyanın Su-24 hərbi təyyarəsini vurmasına münasibət bildirərkən deyib.

Bundan əvvəl Moskvanı “odla oynamaqda” suçlayan Türkiyə lideri Rusiyadan üzr istəməyəcəyini bildirmişdi.

Türkiyə öz vətəndaşlarına vəziyyət aydınlaşanadək Rusiyaya səyahətdən çəkinmək məsləhətini verib.

Bundan əvvəl Moskva Türkiyə ilə vizasız rejimin ləğv olunması barədə qərar qəbul olunduğunu elan edib.

Ərdoğan deyib ki, məsələni Rusiya prezidenti ilə müzakirə etmək istəyərdi. Lakin Vladimir Putin danışıqlara razılıq verməkdən əvvəl Türkiyənin üzr istəməsini tələb edir.

Türkiyə prezidenti ümid edir ki, Rusiya lideri ilə bazar ertəsi keçiriləcək qlobal iqlim dəyişikliyi üzrə Paris sammitində görüşə biləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu