Putin Ərdoğanla görüşdən imtina etdi


Rusiya prezidenti Vladimir Putin Parisdə keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə sammit çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina edib.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Ərdoğanla görüş planlaşdırılmır, bu görüşdən söhbəti belə getmir. Belə görüş olmayacaq”, - deyə Kreml nümayəndəsi vurğulayıb.

Jurnalistlərin `yaxın günlərdə Rusiya və Türkiyə prezidentləri arasında görüş və ya telefon danışığı baş tutma bilərmi?`sualına Peskov belə cavab verib: “Hələlik qrafikdə bu nəzərdə tutulmayıb. Mən bundan artıq fikir bildirmək istəməzdim”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu