“Qanuni oğru“nun qətlinin sifarişi ölkəni qarışdırdı

Xəbərin çap versiyası
Tarix: 30-09-2012, 20:09    |    Xəbər oxunub: 0 dəfə
“Qanuni oğru“nun qətlinin sifarişi ölkəni qarışdırdı Gürcüstanda parlament seçkiləri öncəsi ictimai fikri çaşdıran və hökumətin mövqeyinə zərbə vura biləcək yeni video yayımlanıb. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, “Maestro” telekanalında yayımlanan video da Daxili İşlər nazirinin nümayəndəsi Rusiyada fəaliyyət göstərən “qanuni oğru” Vato Kipianinin öldürülməsini sifariş edir.

Video müəllifi iddia edir ki, Daxili İşlər nazirliyinin Konstitusiya Təhlükəsizliyi departamentinin rəhbəri Teymuraz Pataridze öz qardaşı Otar Pataridze vasitəsilə milliyətcə çeçen killerlə sövdələşmə aparıb. Killerə 100 min dollar vəd edilib.

Müxtəlif vaxtlarda çəkilən kadrlardan məlum olur ki, killer Kipianini öldürmək əvəzinə vasitəçini girov götürürlər və 100 min dollar aldıqdan sonra onu girovluqdan azad edirlər.

Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama verib və bildirib ki, kriminal aləmlə Rusiya xüsusi xidmət orqanlarının birgə hazırladığı təxribatdır. Məqsəd isə seçkiləri pozmaq və əhali arasında çaşqınlıq yaratmaqdır. Həmçinin qeyd edilib ki, girov məsələsi təhrif olunub. Videoda adı keçən şəxsin həyatı həqiqətən təhlükədə olub ancaq təqdim edildiyi kimi yox. Onun ailə üzvlərindən külli miqdarda pul istənilib.

teleqraf.com




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur