Lavrov Çavuşoğlu ilə görüşəcək – Çoxsaylı xahişlərdən sonra


Rusiyan xarici işlər naziri Sergey Lavrov Serbiya paytaxtı Belqradda keçiriləcək ATƏT Nazirlər Şurasının iclası zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətindən olan mənbə bildirib.

“Türkiyə tərəfinin çoxsaylı xahişindən sonra Sergey Lavrov ATƏT Nazirlər Şurasının iclası zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə qısamüddətli görüşə razılıq verib”, - deyə mənbə agentliyə bildirib.

Qeyd edək ki, ötən gün Lavrov türkiyəli həmkarının görüşmək təklifinə müsbət yanaşacağını bildirib: “Serbiyanın paytaxtı Belqradda ATƏT Nazirlər Şurasının 22-ci iclasında Mövlud Çavuşoğlu ilə görüşmək barədə təklifi rədd etməyəcəyəm. NATO və Rusiya arasında danışılacaq çox mövzu var, biz bunları müzakirə etməyə hazırıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu