Süpürgəçi 250 min dollar tapdı, ama sahibinə geri qaytardı

Xəbərin çap versiyası
Tarix: 30-09-2012, 20:37    |    Xəbər oxunub: 0 dəfə
Süpürgəçi 250 min dollar tapdı, ama sahibinə geri qaytardı İranın Qum şəhərində küçələri təmizləyən Hüseyn Mollaqulami adlı süpürgəçi küçədə içərisində 250 min dollardan çox pul vəsaiti olan çanta taparaq onu sahibinə qaytarıb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.

Məlumata əsasən, Mollaqulami kecə saat 02:00 radələrində küçəni təmizləyərkən təmiz bir çantanın küçənin bir qırağına düşdüyünü görür və yaxınlaşıb onu götürür. Çantanı açdıqda içərisində xeyli sayda pul olduğunu görərək, sevincək həyat yoldaşına zəng edir və hadisəni ona danışır. Onun həyat yoldaşı həmin pulun onlara aid olmadığını bildirərək Mollaqulaminı İslam Peyğəmbərinin qızı xanım Fatimə Zəhra əleyhissalama and verir ki, pulun sahibini tapsın və qaytarsın. Bundan sonra Mollaqulami icra qurumlarına çantanın tapılması və onun daxilində bu qədər pulun olduğunu məlumat verir. Bundan sonra Mollaqulami görür ki, bir qadın və kişi nigaran halda küçədə nəsə axtarırlar. Onlardan nə axtardıqlarını soruşur və məlum olur ki, həmin şəxslər içərisində külli miqdarda pul olan qara rəngdə bir çanta itiriblər. Mollaqulami onlardan çantanın içərisində nə qədər pulun olduğunu və digər əlamətləri soruşur və tapdığı çanta ilə uyğun gəldiyi üçün pulu sahibinə qaytarır.

Məlum olur ki, pulu itirən kişi öz bağ evini və digər əmlakını sataraq həmin pulla ürək çatışmamazlığından əziyyət çəkən həyat yoldaşını əməliyyat etdirmək istəyirmiş.

Trend





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur