Pakistan ballistik raketi sınağdan keçirdi


Pakistan dekabrın 11-də yer-hava tipli, nüvə başlığı daşıya bilən ballistik raketin sınağını keçirib.

Raket 2750 kilometr məsafə qət edə bilir.

Rəsmilərin sözlərinə görə, snaqda məqsəd Şahin 3 raketinin texniki parametrlərini yoxlamaq olub. Bu raket ilk dəfə bu ilin martında sınaqdan keçirilib. Raket Ərəb dənizinə düşüb. Bundan iki gün əvvəl İslamabadda regional sülh konfransı keçirilib. Konfransad Əfqanıstan hökuməti ilə Taliban arasında dialoqun bərpası müzakirə olunub.

Pakistan 1998-ci ildən nüvə dövlətidir.

Onun regiondakı rəqibi Hindistan isə 1974-cü ildən nüvə dövlətidir.

Bu ölkələrin bir-birlərini vura bilən raket sistemləri var./Azadlıq.org/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu